Ehtyatsızlıqdan özünə xəsarət yetirib


Digərləri 21 Mar 2018 14:58:00 250 0

Ehtyatsızlıqdan özünə xəsarət yetirib

Şamaxı sakini ehtyatsızlıqdan özünə xəsarət yetirib.

Son.az report.az-a istinadən bildirir ki, rayonun Əngəxaran kənd sakini, 1984-cü il təvəllüdlü Xəyal Həqiqət oğlu Quliyev evdə təmir işləri aparan zaman əlindəki kəsici alət - "laqonda" ilə sol əlinin üst nahiyyəsini kəsib.

O, çoxlu qan itirdiyindən halı pisləşib. X.Quliyev ağır vəziyyətdə ailəsi tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə ilkin yardım göstərilib, yarası cərrahiyə olunub və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, X. Quliyevin vəziyyəti kafidir.

Fakt araşdırılır.