Maqomayevin qızı olduğunu deyən Veronika müğəninin qardaşı oğlunu döydü


Digərləri 21 Mar 2018 14:50:00 257 0

Maqomayevin qızı olduğunu deyən Veronika müğəninin qardaşı oğlunu döydü

Dmitri Şepelevin "Əslində" ("На самом деле") verilişi yenidən xalq artisti Müslim Maqomayevlə eşq yaşadığını və ondan qızı olduğunu iddia edən İrina Korotkovaya həsr olunub. 

Son.az axşam.az-a istinadən bildirir ki, Korotkova proqramda qızı Veronikanın atasının azərbaycanlı müğənni olduğunu iddia etmişdi. Layihə əməkdaşlarının köməkliyi ilə Veronika DNT analizinə göndərilib və məlum olub ki, onun atası M.Maqomayev deyil. Maqomayevin qohumları onlarla heç bir əlaqəyə girmək istəmədiklərini bildiriblər. 

Maqomayevin qardaşı analizlər verərək, İrinanın yalanını bir daha ortaya çıxarıb. Amma Korotkova onun sözlərinin yalan olduğunu deyib və qəbrin açılmasını tələb edib. 

Müğənninin qardaşı övladı Yuri Maqomayev şəxsi dedektiv tutaraq, Veronikanın əsl atasının kim olduğunu axtarıb və İrinanın keçmişini araşdırıb. Verilişin növbəti buraxılışında bu haqda geniş məlumat verilib. 

Yuri bildirib ki, ailəsinin adının bu yalançılarla birlikdə çəkilməsini istəmir. Bundan sonra studiyaya Veronika daxil olaraq, Maqomayevin qarYuriyə hücum edib və onu döyüb. Müğənninin qohumları bildirib ki, İrina yüngül həyat tərzi sürüb.