Nazir müavini: "Vaxt gələcək, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olma prosesini sürətləndirəcək"


Digərləri 21 Mar 2018 14:43:00 337 0

Nazir müavini: "Vaxt gələcək, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olma prosesini sürətləndirəcək"

Vaxt gələcək ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olma prosesini sürətləndirəcək.

Son.az bildirir, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Brüsseldə "Şərq Tərəfdaşlığı"nın yeni institusional strukturunun işə salınmasına həsr olunmuş tədbirin kuluarlarında Trend-ə açıqlamasında deyib.

Nazir müavini qeyd edib: "Bizə ÜTT-yə daxil olmaq lazımdır və bu, yüksək siyasi səviyyədə bəyan olunub. Biz bu təşkilata üzvlüyün məqsədəuyğun olduğunu hesab edirik. Lakin bunun üçün vaxt lazımdır".

M.Məmməd-Quliyev bildirib ki, hazırda Azərbaycana öz iqtisadiyyatının şaxələndirilməsində və digər sahələrdə yaxşı nəticələrə nail olmaq lazımdır: