"Bayern Munchen"in idman direktoru Poçettino ilə görüşüb


İdman 21 Mar 2018 14:32:00 274 0

"Bayern Munchen"in idman direktoru Poçettino ilə görüşüb

"Bayern Munchen"in idman direktoru Hasan Salihamidjiç "Tottenham"in baş məşqçisi Maurisio Poçettino ilə görüşüb. Goal.az xəbər verir ki, görüşdə argentinalı mütəxəsisin yayda Münhen klubuna gəlməsi müzakirə olunub. "Bild" nəşrinin məlumatına görə, danışıqlardan hər hansı nəticə gözlənilmir. "Tottenham" rəhbərliyi Poçettinonu əldən buraxmaq niyyətində deyil.

"Bavariya"nın hazırki çalışdırıcısı Yupp Haynkes mövsümün sonunda postunu tərk edəcək. Klubun idarə heyəti təcrübəli mütəxəsisi qalmaq üçün nə qədər yola gətirməyə çalışsa da, Haynkes qərarından dönməyib.