Georgi Kvirikaşvili: "Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır"


Siyasət 21 Mar 2018 14:23:19 277 0

Georgi Kvirikaşvili: "Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır"

Gürcüstanın baş naziri azərbaycanlılara təbrik məktubu ünvanlayıb

"Azərbaycan və gürcü xalqları tarixən dost və qardaş olublar. Sevincli və kədərli günlərdə hər zaman bir yerdə, bir-birlərinə arxa və dayaq olublar".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin Novruz Bayramı ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlılara təbrik məktubunda yer alıb.

Təbrik məktubunu martın 21-də Marneulidə keçirilən Novruz şənliyində Kvemo Kartli bökgəsinin qubernatoru Qriqol Nemsadze oxuyub.

Məktubda deyilir ki, Novruz bahar bayramı və yeni ilin başlanğıcıdır: "Biz bir ölkənin uşaqlarıyıq. Bizim xalqlarımız, əcdadlarımız daim bir yerdə, çiyin-çiyinə çalışıblar. Sevincli və kədərli günlərdə bir-birlərinə arxa-dayaq olublar. Bu dostluğumuz, qardaşlığımız bu gün də davam edir".

Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirən baş nazir Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluğu da yüksək qiymətləndirərək deyib: "Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır".