Moskvada polisi avtomobillə vurub qaçan azərbaycanlı saxlanılıb


Digərləri 21 Mar 2018 14:28:00 261 0

Moskvada polisi avtomobillə vurub qaçan azərbaycanlı saxlanılıb

Moskvada Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşının avtomobillə vuran azərbaycanlı saxlanılıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə martın 18-də axşam Komsomol meydanında baş verib.

Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşı "Hyundai Solaris" markalı avtomobili sənədləri yoxlamaq üçün saxlayıb. Sürücü polisin müşayiəti öz avtomobili ilə polis bölməsinə getməyə razılaşıb. Ancaq tezliklə aradan çıxmaq istəyən sürücünün qarşısını patrul avtomobilindən çıxan polis kəsmək istəyib. Ancaq sürücü avtomobillə polisi vurub və aradan çıxıb. Yerə yıxılan polis əməkdaşı əlindən xəsarət alıb. Sürücü hadisə yerindən qaçsa da, bu gün saxlanılıb.