Əlində kustar üsulla hazırlanan tüfəng partladı


Digərləri 21 Mar 2018 13:53:00 300 0

Əlində kustar üsulla hazırlanan tüfəng partladı

İsmayıllı rayon sakini kustar üsulla hazırlanan tüfəngin partlaması nəticəsində ağır xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə ötən gecə Lahıc qəsəbəsində keçirilən bayram şənliyi zamanı qeydə alınıb.

Rayonun Ərəgit kənd sakini, 1988-ci il təvəllüdlü Tağıyev Tərlan Məmməd oğlu Lahıc qəsəbəsində bayram tədbiri zamanı kustar üsulla hazırladığı "Dayandoldurum" adlandırılan ov tüfənginə barıt və qırmanı dolduraraq havaya atəş açmaq istəyərkən ehtiyatsızlıq edib və tüfəng onun əlində partlayıb. Qaynaq yerindən partlayan tüfəng Tərlan Tağıyevin əl və üz nahiyəsindən ağır xəsarət almasına səbəb olub. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.