Raul "Real"da məşqçi olacaq


İdman 21 Mar 2018 13:50:00 253 0

Raul "Real"da məşqçi olacaq

"Real"ın sabiq hücumçusu Raul məşqçi olacaq. Goal.az xəbər verir ki, 40 yaşlı ispan apreldə lisenziya alandan sonra Madrid klubunun U-18 komandasına rəhbərlik edəcək. Raul ötən ildən etibarən "Real"ın işində fəal iştirak edir. O, klubun gənclər komandasını izləyir, onların səfər oyunlarına gedir. Raul 1994-2010-cu illərdə "kral klubu"nun şərəfini qoruyub. Daha sonra "Schalke"yə keçən veteran hücumçu karyerasını ABŞ-da başa vurub.