Ronaldo: "Heç kimin məndən yaxşı olduğuna inanmıram"


İdman 21 Mar 2018 13:14:00 297 0

Ronaldo: "Heç kimin məndən yaxşı olduğuna inanmıram"

"Real" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo iddialı açıqlamalarına yenisini əlavə edib. Goal.az xəbər verir ki, portuqaliyalı ulduz geridə qoyduğu 2017-ci ilin fantastik keçdiyini də xatırlayıb.

"Biz həmişə ən yaxşı olduğumuza inanmalıyıq. Ən azından meydanda, heç kimin məndən yaxşı olduğuna inanmıram. Şəxsi və komanda səviyyəsində möcuzəli bir il keçirdim. 5 titul, "Qızıl top" və FİFA-nın təqdim etdiyi "The Best" mükafatını qazandım".

Ronaldo 2018-ci ilə çox yaxşı başlanğıc verməsi ilə seçilir. 13 oyunda meydana çıxan forvard 21 qolla yadda qalıb.