"Novruzun türklər üçün ayrı bir dəyəri var" FOTO


Dünya 21 Mar 2018 13:05:00 282 0

"Novruzun türklər üçün ayrı bir dəyəri var"  FOTO

Novruz Yeni il və Baharın başlanğıcı kimi qeyd olunsa da, türklər üçün ayrı bir dəyəri vardır. Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi bildirib.

N. Çələbi qeyd edib ki, 3 min ildən artıq yaşı olan Novruz həm də bütün türk dünyasının bayramıdır:

"Özünü türk hiss edən hər kəsi Novruz bayramı münasibətilə təbrik edir və arzulayıram ki, zülmə məruz qalan türk olmasın və dünyada işğal altında olan nə qədər türk torpağı varsa, tezliklə geri qaytarılsın" - deyə, N. Çələbi bildirib.

Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun Budağı" əməliyyatına münasibət bildirən N. Çələbi qeyd edib ki ,terror və terrorçulara dəstək verən ölkələrə qarşı Türkiyənin yanında yalnız türk dünyası oldu.


Xəbərə aid fotolar