Bitkoin yenə bahalaşır 9 min dolları keçdi


Digərləri 21 Mar 2018 13:00:00 254 0

Bitkoin yenə bahalaşır  9 min dolları keçdi

Dünyada ən populyar kriptovalyuta olan bitkoin qiymətini yenə artırmağa başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda bitkoinin qiyməti artıq 9 min dolları keçib. Daha dəqiq desək, "CoinMarketCap" portalının məlumatına əsasən, saat 09:58 üçün bitkoin 6,9% və ya 9,129 min dollaradək bahalaşıb.

Alternativ kriptovalyutalar - "Ethereum" isə 8,8% və ya 588,92 dollaradək, "Ripple" 2,9% və ya 0,72 dollaradək, "Bitcoin Cash" isə 9,5% və ya 1079,14 dollaradək bahalaşıb.