Əfqanıstanın paytaxtı Kabildə törədilmiş terror aktı nəticəsində 26 nəfər həlak olub - YENİLƏNİB-2


Dünya 21 Mar 2018 12:23:00 281 0

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş terror aktı nəticəsində 26 nəfər həlak olub - YENİLƏNİB-2

Hadisə zamanı daha 18 nəfər xəsarət alıb

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş terror aktı nəticəsində 26 nəfər həlak olub.

"Report"un məlumatına görə ki, bu barədə "RİA Novosti"yə Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsinin köməkçisi Nüsrə Rahimi məlumat verib. 

Onun sözlərinə görə, hadisə zamanı daha 18 nəfər xəsarət alıb.

***12:13

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində 9 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "1TV" məlumat yayıb.

Məlumata görə, hadisəni terrorçu kamikadze törədib. Əraziyə təcili yardım maşınları və polis cəlb edilib. Hadisə yeri əhatəyə alınıb.

Partlayış Kabil universitetinin yaxınlığında qeydə alınıb. Hadisənin insanların bayram şənliyi keçirmək üçün toplaşdığı ərazidə baş verdiyi bildirilir.

***11:54

Əfqanıstanı paytaxtı Kabildə güclü partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Kabil universitetinin yaxınlığında qeydə alınıb. Partlayışın insanların bayram şənliyi keçirmək üçün toplaşdığı ərazidə törədildiyi bildirilir. 

Hələlik ölənlər və yaralananlar barədə məlumat verilmir.