Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində 9 nəfər xəsarət alıb - YENİLƏNİB


Dünya 21 Mar 2018 12:13:00 239 0

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində 9 nəfər xəsarət alıb - YENİLƏNİB

Hadisəni terrorçu kamikadze törədib

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində 9 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "1TV" məlumat yayıb.

Məlumata görə, hadisəni terrorçu kamikadze törədib. Əraziyə təcili yardım maşınları və polis cəlb edilib. Hadisə yeri əhatəyə alınıb.

Partlayış Kabil universitetinin yaxınlığında qeydə alınıb. Hadisənin insanların bayram şənliyi keçirmək üçün toplaşdığı ərazidə baş verdiyi bildirilir.

***11:54

Əfqanıstanı paytaxtı Kabildə güclü partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Kabil universitetinin yaxınlığında qeydə alınıb. Partlayışın insanların bayram şənliyi keçirmək üçün toplaşdığı ərazidə törədildiyi bildirilir. 

Hələlik ölənlər və yaralananlar barədə məlumat verilmir.