Lyuk Şou "Manchester United"i tərk edə bilər


İdman 21 Mar 2018 11:49:00 253 0

Lyuk Şou "Manchester United"i tərk edə bilər

"Chelsea" "Manchester United"in cinah müdafiəçisi Lyuk Şou ilə maraqlanır. Goal.az xəbər verir ki, "zadəganlar" mövsümün sonunda 22 yaşlı futbolçunu heyətinə qoşmağa ümid edir. Şounun baş məşqçi Joze Mourinyo ilə münasibətləri yaxşı deyil. Portuqaliyalı mütəxəsis gənc oyunçunu bir neçə dəfə tənqid edib. Şounun agentləri "Manchester City", "Tottenham", "Everton" və "Arsenal"ın da təkliflərini nəzərdən keçirmək istəyir. Onun "United"lə cari müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.