Türkiyə HHQ 12 PKK terrorçusunu məhv edib


Dünya 21 Mar 2018 11:40:00 282 0

Türkiyə HHQ 12 PKK terrorçusunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 12 PKK terrorçusunu məhv edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı bəyanatda deyilir.

Bəyanatda deyilir: "Türkiyə HHQ martın 20-si İraqın şimalında yerləşən Hakurk rayonunda 12 PKK terrorçusu məhv ediblər".