Novruz bayramı Peruda qeyd olunub FOTO
Digərləri 21 Mar 2018 10:50:00 853 0
Azərbaycannın Perudakı diplomatik nümayəndəliyində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Diplomatik nümayəndəlikdən Son.az-a verilən məlumata görə, tədbirdə Peru XİN-in və Kongresinin nümayədnələri, Peruda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, həmçinin Peruda yaşayan həmvətənlərimiz iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan nümayəndəliyin rəhbəri Mehdi Məmmədov iştirakçılara Novruz bayramının çoxəsrlik tarixi barədə ətraflı məlumat verib, bu bayramın Azərbaycan və dünya xalqlarının zəngin mədəni və tarixi irsi olduğunu diqqətə çatdırıb, ölkəmizin Novruz bayram ənənələrindən bəhs edib.
Mənbə: milli.az