Dmitri Nazarovun komandası qələbə qazanıb


İdman 21 Mar 2018 10:33:00 286 0

Dmitri Nazarovun komandası qələbə qazanıb

Almaniya II Bundesliqasında XXVII tura yekun vurulub. Milli komandamızın üzvü Dmitri Nazarovun forma geyindiyi “Erzgebirge Aue” də növbəti oyununa çıxıb. Komanda doğma divarlar arasında “Furt”la qarşılaşıb. Goal.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan Nazarov 84-cü dəqiqədə əvəzlənib. O, komandasının ilk qolunun vurulmasında fəal iştirak edib. Belə ki, Dmitrinin dirəkdən dönən zərbəsindən sonra komanda yoldaşı Köpke təkrar vuruşla hesabı açıb. 27 oyundan sonra aktivində 33 xal olan “Erzgebirge” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.