Piyadanı vuraraq qaçan sürücü maşınla dirəyə çırpılıb


Kriminal 21 Mar 2018 09:25:00 257 0

Piyadanı vuraraq qaçan sürücü maşınla dirəyə çırpılıb

Hadisə nəticəsində iki nəfər xəsarət alıb

Axşam saatlarında Mingəçevir şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Son.az report.az-a istinadən bildirir ki, şəhərin Təbriz küçəsi ilə hərəkətdə olan naməlum markalı maşın təqribən 40-42 yaşlı piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb.

Lakin maşın 600-700 metr getdikdən sonra idarətemədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.