Sərxoş kişi öz həmyerlisini qətlə yetirib


Kriminal 21 Mar 2018 08:39:00 277 0

Sərxoş kişi öz həmyerlisini qətlə yetirib

Yevlax rayonunun Xaldan kəndində qətl hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, tanışlar arasında bayram qonaqlığından sonra mübahisə düşüb.

Nəticədə əvvəllər məhkumluq həyatı yaşamış, 1958-ci il təvəllüdlü Xaldan kənd sakini Rzayev Mahir Tahir oğlu sərxoş vəziyyətdə öz tanışı, 1973-cü il təvəllüdlü Birinci Salamabad kənd sakini Yusifov Xəyal Neman oğlunu bıçaqlayıb. Yaralı kəskin qanitirmədən keçinib.