Astanadan Bakıya aviareyslərin sayı həftədə 4 dəfəyədək artırılacaq


İqtisadiyyat 21 Mar 2018 06:56:27 272 0

Astanadan Bakıya aviareyslərin sayı həftədə 4 dəfəyədək artırılacaq

"Air Astana" aviaşirkəti yay uçuş cədvəlinə keçir

Qazaxıstanın "Air Astana" aviaşirkəti cari ilin mart ayının 25-dən 27 oktyabr tarixinədək qüvvədə olacaq yay uçuş cədvəlinə keçir.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan milli aviadaşıyıcısının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Astanadan Bakı istiqamətində həyata keçirilən aviareyslərin sayı həftədə 4 dəfəyə qədər artırılacaq.

"Air Astana" yay mövsümündə dünyanın 21 ölkəsinə, o cümlədən Azərbaycan da daxil olmaqla 5 MDB dövlətinə (Rusiya, Tacikistan, Qırğızıstan, Özbəkistan), həmçinin Ukrayna və Gürcüstana uçuşları davam etdirəcək.