Dəməşqin atəşə tutulması nəticəsində 35 nəfər ölüb


Dünya 21 Mar 2018 05:30:33 263 0

Dəməşqin atəşə tutulması nəticəsində 35 nəfər ölüb

Daha 32 dinc sakin yaralanıb

Suriyanın paytaxtı Dəməşq dairəsinin Caraman rayonu ərazisində yerləşən bazar terrorçular tərəfindən atəşə tutulub. Nəticədə 35 dinc sakin ölüb, daha 32-si yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Dəməşqin dövlət xəstəxanasının direktoru doktor Haysam əl-Hüseyni deyib.

"Carmanda Kaşkul rayonundakı bazarın terrorçular tərəfindən raket atəşinə tutulması nəticəsində xəstəxanaya 35 meyit gətirilib", - deyə Əl-Hüseyni bildirib.