Masallıda 8 otaqlı evdə yanğın olub


Digərləri 21 Mar 2018 04:23:16 245 0

Masallıda 8 otaqlı evdə yanğın olub

Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb

Bakı. Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Mahmudavar kəndində ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 2 otaq və dəhlizin, ikinci mərtəbəsində 2 otaq və dəhlizin yanar konstruksiyaları ümumilikdə 160 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.