Mingəçevirdə piyadanı vuraraq qaçan sürücü maşınla dirəyə çırpılıb


Sosial 21 Mar 2018 02:18:22 249 0

Mingəçevirdə piyadanı vuraraq qaçan sürücü maşınla dirəyə çırpılıb

Hadisə nəticəsində iki nəfər xəsarət alıb

Axşam saatlarında Mingəçevir şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

“Report” xəbər verir ki, şəhərin Təbriz küçəsi ilə hərəkətdə olan naməlum markalı maşın təqribən 40-42 yaşlı piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb.

Lakin maşın 600-700 metr getdikdən sonra idarətemədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Vurulan piyadanın Mingəçevir balıqçılıq müəssisəsinin Anar adlı əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.