Öskürəyi, mədə ağrılarını aparır...


Digərləri 21 Mar 2018 01:30:00 259 0

Öskürəyi, mədə ağrılarını aparır...

Qovurğa nənələrimizin uzun illər əvvəl hazırladığı ləzzətli bir çərəzdir. Təəssüflər olsun ki, illər keçdikcə qovurğa hazırlamaq unudulur. Baxmayaraq ki, xüsusilə də bayramlara özəl hazırlanan qovurğanın ləzzəti ilə yanaşı insan orqanizminə də inanılmaz faydaları var. Son.az ailem.az-a istinadən qovurğanın faydaları və hazırlanma qaydası ilə bağlı məlumat verir.

- Çəki problemi olanlar üçün ideal bir qidadır.

- Həzmsizlik problemi yaşayanlar üçün təbii dərman təsiri göstərir.

- Mədə ağrıları və mədə xəstəlikləri üçün olduqca yararlıdır.  

- Saçların köklərini qüvvətləndirərək, daha sağlam çıxmalarına yardımçı olur.  

- Bədən yorğunluğunu azaldır və zehnin inkişafına kömək edir.

- Öskürəyin kəsilməsinə yardımçı olur.  

- Nəfəs darlığı, nəfəs yolları xəstəlikləri üçün olduqca müvəffəqiyyətlidir. Beləliklə, rahat nəfəs almağı təmin edir.  

- Antiseptik özəlliyi sayəsində çox yaxşı bir mikrob öldürücüdür.

- Böyrəklərdə daş və qum olanlar bundan faydalana bilir.  

- Sinə ağrılarını yüngülləşdirərək, sinəni yumşaldır.