Günün qoroskopu: mövqelərinizdəki zəif səmtlərə diqqət yetirin


Digərləri 21 Mar 2018 00:01:00 246 0

Günün qoroskopu: mövqelərinizdəki zəif səmtlərə diqqət yetirin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısından etibarən aktiv olun. Problemlərin həllini təxir salmayın. Aramla çalışın, təmkinli davranın.

Tərəfdaşlarla şəriklərin təkliflərini, iradlarını və istəklərini nəzərə alın. Onları qayğılandıran məqamları qulaqardlına vurmayın. Bir işi yarımçıq qoyub başqasına başlamayın.

Günün ikinci yarısında yaşamınızda və ya münasibətlərinizdə çətinliklər yaranacaq. Situasiyanı təhlil edin, maneələri aradan qaldırın. Problemlərin bir qisminin səbəbi tərəfdaşınızın tərəddüdləridir. Təxribatlara cavab verməyərək işinizlə məşğul olsanız, mövqeləriniz daha səbatlı olar.

Enerjinizdən rasional istifadə edin.

Buğa - tərəfdaşlar və şəriklərlə münasibətlərdə qəfil dəyişikliklər istisna deyil. Toqquşmalar, iradlar və tənqidlər olacaq. Yaşananların ciddiliyi bir qədər əvvəl formalaşmış şərtlərdən asılıdır.

Yaşananları ürəyinizə salmayın. Münasibətləri aydınlaşdırmağa çalışmayın.

Günün ikinci yarısında qəfil təklif və ya xəbər alacaqsınız. Baş verənləri götür-qoy edin. Ağır təhlillərlə araşdırmalar üçün münasib zaman deyil.

Güzəştlərə meylli olmasanız, təmaslarda sərinliklər yaranacaq.

Axşam saatlarındakı ideyalar maraqlıdır. Amma onların sınaq müddətinə ehtiyacı var.

Əkizlər - nəyəsə başlamaq, hansısa layihəni reallaşdırmaq istəyirsinizsə, tələsməyin. Niyyətlərinizdə yenilənmələr ola bilər. Yaxın gələcəklə bağlı perspektivlər hələ tam formalaşmayıb. Kənardan istənilən impuls sizi yolunuzdan sapdıraraq fərqli istiqamət seçməyə təşviq etməsin.

Günün ikinci yarısında yaxın ətrafınıza diqqətlə nəzər salın. Təcili həllini tələb edən məsələlər var. Fiziki işdə xeyir var.

Özünüzü həddən artıq yormayın. Əks təqdirdə yuxusuzluq və başağrıları istisna deyil.

Şəxsi münasibətlərdə bir sıra məqamları yenidən dəyərləndirmək gərəkdir. Axşam saatları gərginlik vəd edir.

Xərçəng - yaxınlarınıza, tərəfdaşlarınıza, həmkarlarınıza qarşı kəskin iradlarla çıxış etməyin. Dəyər verdiyiniz insanların qəlbini qırmayın. Yaranan problemlər fəaliyyətinizdə gecikmə, təxirəsalmalara səbəb olarsa, maneələri daha qəti şəkildə dəf edin.

Günün ikinci yarısında hazır, başa çatmış saydığınız konstruksiyada nələrsə dağıla bilər. İşlərdə və münasibətlərdə eksperimentlərlə məşğul olmayın. Təhlükəsizliyinizi təmin edin. Təlimatları pozmayın, qaydalar və şərtlər çərçivəsində qalın.

Axşam saatlarında tanımadığınız yerə yollanmayın. Şəxsi münasibətlərdə incikliyi absolyuta çatdırmayın.

Şir - yaşananlarla bağlı gözləntiləriniz ifrata varmasın. Diqqət gözləsəniz də, ətrafınızdakı insanlar öz işləri ilə məşğuldur. Emosional olmayın, hisslərin əsirinə çevrilməyin.

Gərginlik düşünülməmiş qərara, sonradan peşmançılıq hissi yaradacaq addıma səbəb ola bilər.

Günün ikinci yarısında hazır olmadığınız işlərə başlamayın. Dəyişikliklərə və islahatlara can atırsınızsa, radikallıq etməyin. Şəxsi münasibətlərdəki aktual məsələni nəzərdən keçirin. Ehtiyac yaranarsa, müzakirədən qaçmayın.

Axşam saatlarını evdə keçirin. Təxribatlara uymayın.

Qız - qəfil xəbərlər və ya gözlənilməz informasiyalar olmasa da, qeyri-stabil, gərgin zamandır. Cari işlərin axarından kənara çıxmayın. Heç nəyi mürəkkəbləşdirməyin. Əlavə tapşırıq və ya sifarişlərə aludə olmayın.

Günün ikinci yarısında qəza, ağır problemlər riski var. Mübahisə etmək, münasibətləri aydınlaşdırmaq zamanı deyil. Sükan arxasında, mexanizm və avadanlıqla işləyəndə ehtiyatlı davranın. Qıcıqlı davranış, emosionallıq kənardan neqativ təsirlərə səbəb ola bilər.

Axşam saatlarına yaxın ümumi qeyri-stabillik artacaq.