“Fitbit” uşaqlar üçün fitnes treker buraxdı


Digərləri 20 Mar 2018 23:15:00 312 0

“Fitbit” uşaqlar üçün fitnes treker buraxdı

"Fitbit" şirkəti uşaqlar üçün "Ace" adlanan fitnes-treker buraxıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu cihazın köməyi ilə valideynlər övladlarının fəallığına nəzarət edə biləcəklər.

Bildirilir ki, "Fitbit Ace" adi fitnes qolbağı kimi çalışır, ancaq onun istiqaməti uşaq inkişafı spesifikasındadır. Cihaz 8 və daha yuxarı yaş üçün istifadəçilərə yararlıdır. O, heç olmasa saatda bir dəfə uşağı 250 addım addımlamağa stimullaşdıracaq. Bu intervalı ayrıca olaraq da müəyyən etmək mümkün olacaq. Təxmin edilir ki, uşağın aktivliyi ilə bağlı bütün məlumatlar valideynlərin telefonuna gələcək.