Manyakın əlindən qurtulmaq istədi, özünü binadan atdı


Dünya 20 Mar 2018 22:23:00 277 0

Manyakın əlindən qurtulmaq istədi, özünü binadan atdı

Əcnəbi rus qadının sevgisinə nail olmaq istəyirmiş, bu alınmadıqda onu öldürmək istəyib

Rus model Dubayda manyakdan qaçan zaman onurğasını qırıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Dubay səfəri Yekaterina Stesyuk üçün macərlarla dolu keçib. Belə ki, model onu öldürmək istəyən əcnəbinin qurbanı olmamaq üçün özünü 6-cı mərtəbədən atıb. Yekaterina möcüzə nəticəsində sağ qalıb, ancaq bel sütunundan ağır zədə alıb. İndi o hərəkət edə bilmir.

.

Hazırda model yerli xəstəxanada müalicə alır. Onun üzərində artıq iki əməliyyat aparılıb. Rus qadının həyatı üçün hazırda heç bir təhlükə yoxdur.