Arı sancdı və qorxduğu başına gəldi


Digərləri 20 Mar 2018 22:27:00 228 0

Arı sancdı və qorxduğu başına gəldi

Faktla bağlı araşdırma aparılır

Türkiyədə arı sancan şəxs ölüb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, dünən günorta saatlarında 40 yaşlı Əhməd Dural qonşusuna arı tərəfindən sancıldığını və buna allergiyası olduğunu deyib. Əhməd Düralın axşam tərəfi öz bağında cəsədi tapılıb.

Məlumata görə, Düral quşlarına yem vermək üçün bağ evinə gedib.  Günorta qonşusuna zəng edib və arı sancması barədə məlumat verib. Axşam saatlarında narahat olan qonşusu ona zəng edib. Telefona cavab vermədiyini görəndə Duralın bağına gedən qonşu onun cəsədi ilə qarşılaşıb.