Elon Maskın sirli təşəbbüsü:


Digərləri 20 Mar 2018 22:15:00 284 0

Elon Maskın sirli təşəbbüsü:

"SpaceX" şirkətinin rəhbəri Elon Mask innovasion ideyalar həyata keçirməyə davam edir.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu dəfə məşhur iş adamı "Qalaktikalararası media imperiyası" yaratdığını açıqlayıb və onu "Thud" adlandırıb. Bu barədə o, "Twitter"də yazıb.

E. Maskın nümayəndələri təsdiqləyiblər ki, "Thud" onun yeni layihəsidir. Lakin onlar əlavə hər hansı məlumat verməkdən imtina ediblər. "GoDaddy" domen bazasında "thud.com" ünvanı qeydiyyatdan keçib, lakin onun sahibləri barədə məlumat yoxdur.