Biləsuvarda yol qəzası nəticəsində 3 nəfər ağır xəsarət alıb


Sosial 20 Mar 2018 22:01:47 257 0

Biləsuvarda yol qəzası nəticəsində 3 nəfər ağır xəsarət alıb

Hadisə şəhər ərazisində baş verib

Biləsuvar şəhərində 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə iki avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.