Bayram günü Mingəçevirdə ev yanıb


Digərləri 20 Mar 2018 21:36:00 193 0

Bayram günü Mingəçevirdə ev yanıb

Hadisə zamanı bir nəfər huşunu itirib

Axşam saatlarında Mingəçevir şəhərində yanğın hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, yanğın Şah İsmayıl Xətai küçəsində yerləşən 12 saylı binanın 33-cü mənzilində qeydə alınıb.

Hadisə zamanı qonşuluqda yaşayan 42 yaşlı qadın huşunu itirib və ona yerindəcə ilkin tibbi yardım göstərilib.

Yanğın zamanı mənzildə adam olmayıb. Alovun yayılmasının qarşısını almaq mümkün olub, yanğın söndürülüb.

Evdə kirayənişinlərin qaldığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.