“Amazon”dan serial üçün rekord xərc


Digərləri 20 Mar 2018 21:15:00 245 0

“Amazon”dan serial üçün rekord xərc

"Üzüklərin hökmdarı" serialı "Amazon" şirkəti üçün ümumilikdə yarım milyard dollara başa gələcək.

Son.az lent.az-a istinadən xəbər verir ki, şirkət bu əsəri ekranlaşdırmaq hüququ əldə etmək üçün 250 milyon dollar ödəyib. İki mövsüm ərzində serialın çəkilişlərinə isə daha 250 milyon dollar sərf olunacaq.  

"Amazon"un "Üzüklərin hökmdarı"nı serial şəklində ekranlaşdırmaq niyyəti ötən ilin payızında məlum olub. Şirkət britaniyalı yazıçı Reuel Tolkinin əsəri əsasında serial hazırlayacağını açıqlayıb. "Amazon"un nümayəndəsi Şeron Tal İquado bildirib ki, "Üzüklərin hökmdarı" kitablar və filmlər vasitəsilə bütöv nəsillərin heyranlığını qazanan mədəni fenomendir.