Səməni halvası necə hazırlanır? VİDEO


Digərləri 20 Mar 2018 21:04:00 396 0

Səməni halvası necə hazırlanır?  VİDEO

Novruzun əsas atributlarından sayılan səmənidən bir çox rayonlarda ləziz təamlar hazırlanır. Elə Goranboy rayonundakı kimi... Bu rayonda hər bayram səmənidən halva bişirilir. İndi də sizi səməni halvasının hazırlanma qaydası ilə tanış edəcəyik.

Ocaqlar qalanıb, qazanlar qoyulub. Qadınlar qollarını çirmələyərək səməni halvası bişirirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Novruzun əsas atributlarından biri olan səmənidən hazırlanan halva özünəməxsus dada malikdir. Amma bu halva asan hazırlanan bayram təamı hesab olunmur.

30 ilə yaxındır Goranboyun Borsunlu kəndində məskunlaşan ahıska türkləri Novruzun son çərşənbəsində bir yerə toplanaraq bu şirniyyatı hazırlayırlar. 7 günlük səməni yuyulub, ət maşınında çəkildikdən sonra tənzif vasitəsilə sıxılaraq suyu alınır. Daha sonra səməni suyu unla qarışdırılaraq yoğurulur. Gur yanan ocaq üzərinə qoyulan halva 12-15 saata yaxın növbəli şəkildə qarışdırılır.

Səməni halvası böyük qabda hazırlanaraq qohum-əqrəbaya paylanır. Şirniyyatın tam bişdiyini onun rəngindən bilmək olur.


Xəbərə aid video