Gürcüstan azərbaycanlıları Novruz bayramını qeyd edib FOTO


Digərləri 20 Mar 2018 19:12:00 217 0

Gürcüstan azərbaycanlıları Novruz bayramını qeyd edib  FOTO

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda Novruz bayramı qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bayram şənliyində Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze, Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili, Marneuli rayonunun icra başçısı Temur Abazov, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak edib.

Q. Nemsadze yerli sakinləri və qonaqları Novruz bayramı münasibətilə təbrik edib: "Bu bayram yeni ümid, çiçəklənmə və rifah gətirir. Sizin bələdiyyə və bölgənin inkişafında rolunuz böyükdür. Bugünkü tədbir ölkədə tolerantlığın hökm sürdüyünü sübut edir. Gürcülər və azərbaycanlılar qədim Novruz bayramını qeyd etmək üçün xoş əhval-ruhiyyə ilə bir araya gəlib".


Xəbərə aid fotolar