“Samsung Galaxy S9+”un maya dəyəri açıqlandı


Digərləri 20 Mar 2018 18:15:00 287 0

“Samsung Galaxy S9+”un maya dəyəri açıqlandı

"TechInsights" şirkətinin mütəxəssislərinin hesablamalarına görə, bir ədəd "Samsung Galaxy S9+" smartfonunun komponentlərinə və yığılmasına istehsalçı xərcləri 379 dollar təşkil edir. Son.az lent.az-a istinadən xəbər verir ki, bu, ötən ilki maya dəyəri 343 dollar olan "Galaxy S8+" smartfonunun bir nüsxəsindən çoxdur. Bu fərq kameraların yaxşılaşdırılması ilə izah edilir. Məlumdur ki, S9+ smartfonu ikili əsas kamera ilə təchiz edilib. Müvafiq komponentlərin qiyməti 48 dollar qiymətləndirilir. "TechInsights"in məlumatına görə, S8+ modelinin kamerası 32 dollar təşkil edir. S9+-un ən bahalı komponenti 6,2 düym həcmində olan OLED tipli displeydir. Onun qiyməti 72,50 dollar təşkil edir. Müqayisə üçün bildirək ki, oxşar "Note 8" və S8+ displeylərinin qiyməti müvafiq olaraq 82 və 78,50 dollardır. Bir kristallı "Samsung Exynos 9810" sisteminin qiyməti 68 dollar, yaddaş isə 51 dollardır. Xatırladaq ki, "Samsung"un saytında S9+ smartfonunun pərakəndə qiyməti 840 dollardır.  Son.az