"Lotu Quli" böyüyəndə kim olmaq istəyirdi?


Digərləri 20 Mar 2018 18:06:00 295 0

"Lotu Quli" böyüyəndə kim olmaq istəyirdi?

Deyirlər ki, şagirdlər orta məktəb dövründən böyüklərin təsirindən gələcəkdə hansı peşəyə yiyələnəcəklərini dilə gətirirlər. Bunlardan, kosmonavt, məşhur idmançı olacaqlarını əminliklə deyənlər də var.

Son.az bax.tv-yə istinadən bildirir ki, orta məktəbin yuxarı siniflərində artıq hər kəs özü gücünə, bilik səviyyəsinə uyğun ixtisaslar seçir. Qulinin erkən uşaqlıq arzusunun nə olduğu bilinməsə də, yeniyetməlik arzusunun "qanuni oğru" olması artıq şübhə doğurmur. Bunu, onu çoxdan tanıyanlar da təsdiq edir. Quli kriminal həyata çox erkən yaşlarında, təxminən 15 yaşında olanda meyl edib, necə deyərlər, öz gələcəyini bu mühitdə görüb.

Deyilənə görə, o, yeniyetmə olanda "Nadir, böyüyəndə nəçi olacaqsan?"-deyə sual verənlərə, onun valideynləri yarızarafat-yarıgerçək "oğlumuz böyüyəndə" "vor" olacaq" deyirmişlər. Quli elə o vaxtlardan, yəni 15-16 yaşından kriminal aləmə atılıb.