Hamiləlikdə dəri problemləri


Digərləri 20 Mar 2018 17:50:00 263 0

Hamiləlikdə dəri problemləri

Hamiləlik qadının keçirdiyi ən gözəl hissdir. Bu dövrdə onların həssas olması və psixoloji problemlər yaşaması normal haldır. Kök görünməyinizi, əvvəllər rahatlıqla geyindiyiniz geyimləri indi geyinə bilməməyinizi problem etməyin. Dünyaya gətirəcəyiniz körpə və onun gəlişi ilə daha da fərqli olacaq dünyanızı düşünün. Buna baxmayaraq, hər bir qadın hətta hamiləlik dövründə belə baxımlı görünməlidir. Qadınların çoxu hormonal dəyişikliyin nəticəsi olaraq dəridə quruluq, sızanaq, qızartı və ləkələrin yaranması problemləri ilə rastlaşırlar. Ona görə də bu müddət ərzində bədəninizə göstərdiyiniz diqqət həm sağlam və xoşbəxt bir hamiləlik dövrü keçirməyinizə, həm də doğuşdan sonra bədəninizin əvvəlki gözəlliyinə tez bir zamanda qayıtmasına kömək edəcək.

Son.az lent.az-a istinadən bununla bağlı bəzi məsləhətlər təqdim edir.

*Hamiləlik zamanı dəri quruluğu və dərinin rənginin dəyişməsinin qarşısını almaq üçün nəmləndirici lasyonlardan istifadə edin.

*Dəri dartılmaları, çatlar və qaşıntılar üçün kremlər çəkin. Yaxşı olar ki, uşaq kremlərinə üstünlük verəsiniz. Hamiləlik dövründə bədənə zeytun yağı çəkmək də doğuş sonrası dərinizdə yaranacaq çatları aradan götürəcək.

*Hərəkət etmək - həm sizə, həm də körpənizə xeyirdir. Qadın nə qədər çox hərəkətdə olarsa, doğuş bir o qədər rahat keçəcək.

*Yuxunuza diqqət edin. Gecə 8 saat yuxu normal haldır.

Kosmetikadan istifadəni azaldın

Hamiləlik dövründə qadının üz dərisi və quruluşunda ciddi dəyişikliklər baş verir. Ona görə də bu aylar ərzində təbii bitki tərkibli kosmetik vasitələrdən istifadə edin. Müddəti keçmiş kosmetika və çox makiyaj etmək ziyandır. Tərkib hissəsini bildiyiniz və allergik reaksiya verməyəcək tonal kremlər seçin. Bu dövrdə dəri solğun olur. Ona görə də tünd rəngli tonal kremlərə üstünlük verin. Üzünüzə qidalandırıcı, gözətrafı kölgələr üçün isə ayrıca maskalar edin.

Dodaqlara qulluq da önəmlidir. Çatlayan və solğun dodaqlarınıza tez-tez bal və zeytun yağından hazırlanan maskalar çəkin. Rəng seçimində isə təbii rəngli boyalar və parıldadıcılar seçin.