İçərişəhərdə “Bahar qalası” FOTO


Digərləri 20 Mar 2018 17:33:00 370 0

İçərişəhərdə “Bahar qalası”  FOTO

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq baharın müjdəçisi olan Azərbaycan xalqının qədim, milli adət-ənənələri ilə zəngin Novruz şənlikləri təşkil edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  martın 20- də İçərişəhərdə Qoşa Qala qapısında "Bahar qalası" adlı Novruz şənliyi keçirilib.

Şənlikdə paytaxt sakinləri, şəhərimizin qonaqları, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər.

Səhər saatlarından başlayan Novruz şənlikləri bayramın personajları olan Kosa və Keçəlin qonaqları salamlaması ilə başlayıb.

Bayram şənliyində milli-tətbiqi sənət məhsulları, suvenirlər, rəsm əsərləri, broşürlər, açıqcalar, yerli sənətkarların hazırladıqları əl işləri, suvenirlərin satış-sərgisi nümayiş olunub. Bununla yanaşı, paytaxt sakinləri və şənlikdə iştirak edən qonaqlar Azərbaycan mətbəxinin ləziz təamları və bayram şirniyyatlarından dadıblar.


Xəbərə aid fotolar