Avropa İttifaqında miqrant böhranı başa çatıb


Dünya 20 Mar 2018 17:39:00 305 0

Avropa İttifaqında miqrant böhranı başa çatıb

Avropa İtifaqı ölkələrində sığınacaq alınması ilə bağlı müraciətlərin sayı 2017-ci ildə 2016-cı illə müqayisədə 50 faiz azalıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının daxili işlər, miqrasiya və vətəndaşlıq komissarı Dimitros Avramopulos "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Avramopulos Avropa İttifaqında miqrasiyanın idarə edilməsi ilə bağlı birgə səylərin nəticə verdiyini qeyd edib: "Avropa İttifaqı ölkələrində sığınacaq alınması ilə bağlı müraciətlərin sayı 2017-ci ildə 2016-cı illə müqayisədə 50 faiz azalıb ki, bu da 2014-cü ildəki göstəriciyə bərabərdir. Başqa sözlə, biz artıq böhrandan əvvəlki səviyyədəyik".