BAMF Braziliyada 8ci Dünya Su Forumunda iştirak edir FOTO


Digərləri 20 Mar 2018 17:21:00 306 0

BAMF Braziliyada 8ci Dünya Su Forumunda iştirak edir  FOTO

Braziliyada Dünya Su Şurasının (DSŞ) təşkil etdiyi su ehtiyatları üzrə dünyanın ən böyük tədbirlərindən biri sayılan Səkkizinci Dünya Su Forumu öz işinə başlayıb.

Tədbirdə ölkəmizi, Azərbaycandan BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) yanında əsas məşvərətçi statuslu beynəlxalq təşkilat olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev və onun köməkçisi Anastasia Lavrina təmsil edir.

BAMF-ın mətbuat xidmətindən Son.az-a bildirilib ki, forumun rəsmi açılış mərasimində Braziliya Prezidenti Mişel Temer, dövlət başçıları, o cümlədən, Monako şahzadəsi Alber və Yaponiya şahzadəsi Naruhito ilə yanaşı, UNESCO-nun baş katibi Odri Azulay da iştirak edib.

Forum çərçivəsində Odri Azulay əhali artımı və iqlim dəyişikliyinin su təchizatı sahəsində yaratdığı problemlərin həllində su resurslarının idarə olunması üçün yeni həll yolları tapmağın zəruriliyi barədə danışıb.

Beş gün davam edən iclaslarda 160 ölkədən on mindən çox iştirakçı panel müzakirələrə qatılacaq.

BAMF nümayəndələri Azərbaycanın cəbhəyanı rayonlarında su təchizatı probleminin yaranmasına gətirib çıxaran, hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağda yerləşən Sərsəng su anbarındakı ekoloji və humanitar fəlakət haqqında iştirakçılara məlumat verməyi planlaşdırır.


Xəbərə aid fotolar