Horadizdə Novruz şənliyi FOTO


Digərləri 20 Mar 2018 17:16:00 301 0

Horadizdə Novruz şənliyi  FOTO

Xalqımızın milli bayramı olan Novruz cəbhə bölgəsində yerləşən Füzuli rayonunda el şənliyi kimi geniş qeyd olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bayram tədbirinin keçirildiyi Horadiz şəhərindəki Olimpiya idman kompleksində xonçalar və səmənilər düzülüb, Novruz adətləri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib.

Dədə Qorqud və Bahar qızının gəlişi ilə başlayan bayram tədbirində Novruz tonqalı qalanıb. Mərasimdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev füzulililəri bayram münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik, bol ruzi və əmin-amanlıq arzulayıb.


Xəbərə aid fotolar