Zakir Həsənov cəbhəboyu hərbi hissələrdə oldu


Digərləri 20 Mar 2018 16:41:00 262 0

Zakir Həsənov cəbhəboyu hərbi hissələrdə oldu

Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə keçirilən "Açıq qapı" günündə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Son.az nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov əsgər valideynləri, müharibə və əmək veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə görüşərək Prezidentin tapşırığına əsasən, orduda həyata keçirilən islahatlar, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər, digər fəaliyyətlər barədə onlara məlumat verib, qonaqları maraqlandıran suallarla bağlı fikirlərini bölüşüb.

Müdafiə naziri ziyarətçilərə və şəxsi heyətə Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbriklərini çatdırıb və onlara uğurlar diləyib.

Sonra əsgər valideynləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi hissənin ərazisində çörək zavodu, çamaşırxana və atış məşqlərinin keçirilməsi üçün "Atəş şəhərciyi"nin açılışı olub.