Sumqayıtda iki avtomobil toqquşub: sürücü yaralanıb


Digərləri 20 Mar 2018 16:39:00 237 0

Sumqayıtda iki avtomobil toqquşub: sürücü yaralanıb

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki,qəza Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşub, nəticədə zərbənin təsirindən sürücülərdən biri maşının şüşəsindən çıxaraq kənara düşüb.

Yaralı sürücülərdən biri, 1978-ci il təvəllüdlü Ramil Eldar oğlu Yusifov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi müdaxilə edilərək Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.