İslamda uşaqların tərbiyəsi


Digərləri 20 Mar 2018 15:40:00 278 0

İslamda uşaqların tərbiyəsi

Gündəlik həyatımızdan da gördüyümüz kimi, Allahın insanlara bəxş etdiyi nemətlərin sayı-hesabı yoxdur. Bu nemətləri yüksək formada dəyərləndirmək, öz həyatında əks etdirmək möminin ən böyük vəzifəsidir. Nemət üçün şükür пїЅ ona lazım olan qiyməti vermək, lazımi yerində istifadə etmək və onu başqaları üçün də faydalı etməklə mümkün ola bilər.

Dinimizin obyekti insan, qayə və hədəfi isə insanın dünya və axirət səadəti, cəmiyyətin əmin-amanlığıdır. Bildiyimiz kimi, cəmiyyəti təşkil edən ən vacib ünsür uşaqlardır. Uşaqlar həyatın başlanğıcı və onu bu günə daşıyanlardır. Bu günün uşaqları isə həyatı sabaha daşıyacaqlar. Uşaq gözlərimizin nuru, evimizin bəzəyi və dünya həyatının meyvəsi, gələcəyimizin təminatıdır. Onlar yaxşı tərbiyə olunmalıdırlar. Əziz müsəlmanlar! Son.az islam.az-a istinadən bildirir ki, Allah-Təala Qurani-Kərimdə uşaqlar haqqında "Bu dünyanın bəzək və zinəti" (Kəhf, 46) deyə buyurmaqdadır. Müqəddəs kitabımızın bəzək və zinət adlandırdığı bu varlığı İslamın əmr etdiyi şəkildə böyütmək və tərbiyə etmək hər birimizin borcudur. Bu barədə istər Allah-Təalanın (c.c.), istərsə də Peyğəmbərimizin (s.ə.s.) əmr və tövsiyələri vardır. "Ey iman gətirənlər! Özünüzü və oğul-uşağınızı cəhənnəm odundan qoruyun. Onun yanacağı insanlar və daşlardırпїЅ" (Təhrim, 6) ayəsi nazil olarkən Hz Ömər Peyğəmbərimizdən (s.ə.s.) belə soruşur: "Ey Allahın Elçisi! Özümüzü Allah və Rəsulunun əmrlərinə itaət edərək, qadağan olunan şeylərdən uzaq duraraq qoruya bilərik. Bəs ailəmizi necə qoruya bilərik?". Bunun cavabında Hz Peyğəmbər (s.ə.s.) belə buyurur: "Allahın sizə əmr etdiklərini siz də onlara əmr edin. Allahın sizə qadağan etdiklərini siz də onlara qadağan edin. Bu hərəkətinizlə onları qorumuş olarsınız".  Uşağa Allahın əmrlərini çatdırarkən çox diqqətli davranmaq lazımdır. Bu barədə Hz Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: "Uşaqlarınızla xoş rəftar edin və onlara ən gözəl formada tərbiyə verin" (Seçmə hədislər, səh. 164).  Əziz valideynlər! Bir çox ayə və hədislərdə bütün ata-analara öz uşaqlarını tərbiyə etmək əmr olunmuşdur. Bu vəzifəyə biganə yanaşmaq bütün cəmiyyət üçün böyük zərərlər meydana gətirə bilər. Kiçik yaşlarında uşaqları tərbiyə etməsək və ya buna laqeyd yanaşsaq, böyüdüyü zaman üsyan etdikdə, hansısa bir fəlakətlə üzləşdikdə şikayət etməyə haqqımız olmaz. Elə isə gözlərimizin nuru, evimizin süsü və dünya həyatının meyvəsi olan uşaqlarımıza yaxşı tərbiyə verək. Onların ürəklərinə uşaqlıqdan Allah, Peyğəmbər və vətən sevgisini yerləşdirək. Onları vaxtında ibadətə alışdıraq. Heç vaxt Peyğəmbərimizin (s.ə.s.) bu hədisini unutmayaq: "Heç bir ata övladına gözəl tərbiyədən daha böyük bir hədiyyə verə bilməz".  Son.az