Tovuzda yaralı aparan təcili tibbi yardım maşını


Digərləri 20 Mar 2018 15:44:00 277 0

Tovuzda yaralı aparan təcili tibbi yardım maşını

15:44

Tovuzda avtobusla minik maşının toqquşması nəticəsində yaralını xəstəxanaya gətirən təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Cırdaxan kənd ərazisində baş vermiş qəza zamanı xəsarət alan şəxsi xəstəxanaya çatdırmaq istəyən Səhiyyə Nazirliyinə məxsus "Mersedes " markalı təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Belə ki, avtomobil başqa bir maşınla toqquşub. İlkin məlumatlara görə, xəsarət alanlar olmasada avtomobillə ciddi ziyan dəyib. Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı artıb. Hazırda əraziyə başqa təcili yardım biriqadaları da cəlb olunub.

15:08

ovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki,qəza Bakı-Qazax avtomobil yolunun Tovuz rayonun Cırdaxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan var.

Faktla bağlı araşdırma aparılır.