Sağlam doğuş üçün ilk addım


Digərləri 20 Mar 2018 15:50:00 283 0

Sağlam doğuş üçün ilk addım

Ana olmaq hər bir qadının arzusudur. Ancaq ana olmaq çətin və gərgin hazırlıq tələb edən bir dövrdür. Həkimlərin məsləhətinə görə, hamiləlik dövründə qadınların pilateslə məşğul olması sağlam doğuşun ilk addımıdır.

Son.az lent.az-a istinadən bildirir ki, hamiləlik pilatesi bu dövrdə rastlanan bel ağrısı, qəbizlik, ayaqlarda şişi ən aşağı səviyyəyə endirib qadını ana olmağa hazırlayaraq doğuş qorxusunu azaldır. Edilən pilates hərəkətləri sayəsində qadının əzələləri güclənir, elastikliyi artır və bədən tarazlığı qorunur. Ana olacaq qadınların sağlam doğuş həyata keçirməsi üçün doğuşa hazırlıq hərəkətlərini etmələri vacibdir. 16 həftəsi tamam olmuş hər bir hamilə qadın mütəxəssislərin nəzarəti altında pilateslə məşğul ola bilər. Hamiləlik pilatesi insanda həm də zehni və psixoloji  rahatlıq yaradır.