"Lyon" Avrokuboklardan kənarlaşdırıla bilər


İdman 20 Mar 2018 15:45:00 270 0

"Lyon" Avrokuboklardan kənarlaşdırıla bilər

Fransanın "Lyon" klubu Rusiya MOİK-i ilə matçda azarkeşlərin özlərini aparmasına görə açılmış intizam işi ilə əlaqədar ciddi sanksiyalar ilə üzləşə bilər.

Goal.az xəbər verir ki, Fransa klubunun 2017-ci ilin aprelində "Beşiktaş" (Türkiyə) ilə oyunda iğtişaşlara görə 2 il müddətinə şərti olaraq Avrokuboklardan kənarlaşdırılma cəzası var.

UEFA reqlamentinə görə, əgər komanda şərti cəza müddəti ərzində mövcud reqlamenti yenidən pozarsa, o zaman şərti tədbirlər real olacaq.

UEFA-nın komandanın işi üzrə iclası mayın 31-də keçiriləcək.