Buralara getmək cəsarət istəyir


Digərləri 20 Mar 2018 15:23:00 305 0

Buralara getmək cəsarət istəyir

Dünyanın bəzi yerləri var ki, ora getməyi hər adam cəsarət edə bilmir. Bu məkanlar fərqli hekayələrə sahibdirlirlər. Ən əsası isə onların lənətlənmiş yer olduğu deyilir.  Son.az axşam.az-a istinadən  dünyanın lənətlənmiş 8 yerini təqdim edir: Bhangarh divarı Hindistanda yerləşən bu məkanın qəribə əfsanəsi var. Cadugər Sinqhia bütün insanların bu qalada öləcəyini və ruhların ora həbs olunacağını deyib. Maraqlısı da odur ki, burada tikilən bütün evlərin damı aşır. Gecə yarısından sonra bura gedənlər qayıda bilmir. Ona görə də dövlət günəş batandan sonra bu əraziyə getməyi qadağan edib.  Highgate məzarlığı Londonda yerləşən bu məzarlıq iki böyük hissədən ibarətdir. Burada İngiltərənin tanınmış simalarının da yer aldığı 170 min məzarlıq var.  Perry Pomeroy qalası Bu qala 12-ci yüzillikdə Pomeroy kəndində Pomeroy ailəsi tərəfindən inşa edilib. Qalanın içində "the white lady" və "the blue lady" olmaqla iki ruh gəzir. Bunu görən insanlar da var. Bəyaz qadın deyilən ruh Eleanor Pomeroyun bacısı Marqaretdir. Qısqanc bacısı tərəfindən o, qalanın zirzəmisində saxlanılıb. Ac saxlanılıb və burada ölüb.  Ohio Universiteti Bura ölkədə tanınan ən lənətlənmiş yerdir. Ətrafındakı beş ayrı məzarlıq şeytanın işarəti adlandırılır. Universitetin içində də bir çox lənətlənmiş yer var. Ruh izlərinə rastlanılan yerlərdən biri isə məkanın içindəki Jefferson ysalonudur. Burada həmçinin illər əvvəl üzərində elektraşok edilən ruhi xəstələrin saxlanıldığı məkan da yerləşir.  Coronado oteli Buranın hekayəsi 1982-ci ildə bir qadının yer götürməsi və orada həyat yoldaşını gözləməyə başlaması ilə başlayıb. Ərini uzun müddət gözləyən qadının pilləkənlərdə ölü tapılması və həyat yoldaşının hələ də ortaya çıxmaması otelin qara günlərinin başlamasına səbəb olub. Məkanda çalışanlar həmin gündən orada qara geyimli bir qadının dayanmadan pilləkəndən yuxarı çıxdığını görürü.  Alcatraz həbsxanası San-Fransiskoda 2,2 km aralı olan bir əraziyə tikilən bu yer ABŞ-nın ən məşhur həbsxanasıdır. Bura həbsxana sahibinin məhbuslara verdiyi cəza ilə məşhurdur. Burada hava qaralan kimi qapılar bağlanılır və içəridəkilərin qışqırığı ətrafdan belə eşidilir.  Qışqırıq tuneli, Niaqara şəlaləsi Rəvayətə görə bu keçidin bir çıxışında balaca kənd evi var imiş. Bir gecə evdə yanğın başlayıb və bir qız uşağı keçidə tərəf qaçmağa başlayıb. Paltarının ətəyi yanmağa başlayan qız tunelin ortasında ölüb. Keçidin ortasında gecə bir kibrit yandırsanız həmin an söndüyünü və qız uşağının qışqırmağa başladığını görəcəksiniz. Point Hicks Dəniz fanarı Avstraliya Melbournidən 500 km aralıda yerləşir. Bir gün yox olan Robert Greys Kristoferson adlı gözətçinin gecələr burada dolaşdığı deyilir. Qoruyucu həmin gözətçinin hələ də orada qapı tutacaqlarını sildiyini görüb.


Xəbərə aid fotolar