Hansı imperatorun arvadı fahişəliklə məşğul olub?


Digərləri 20 Mar 2018 15:20:00 280 0

Hansı imperatorun arvadı fahişəliklə məşğul olub?

İndoneziyanın mərkəzindəki Yava adasında müsəlmanların ziyarətə gəldiyi Qununq Kemukus adlı məbəd var. Deyilənə görə, burada gecə yad biri ilə sekslə məşğul olmaq biznesdə uğur gətirir. Qununq Kemukusa gün ərzində 8000 ziyarətçi gəlir, məbədin ətrafında çoxlu sayda otaqlar icarəyə verilir.

Son.az lent.az-a istinadən bildirir ki, 1915-ci ildə doğulmuş Milli Kuper adlı ingilis qadın Amerikaya emiqrasiya edib və 40-cı illərin ortalarında fahişəlik etməyə başlayıb. 64 yaşında yığdığı pullardan fahişəxana açaraq "fəaliyyətini böyüdüb". Milli Kuper elit təbəqənin fahişəsi sayılır, bir seansın qiyməti 1250 dollardır. Müştərilərin yaşı 25-dən 92-ə qədər dəyişir.

1929-cu ildə Çin-Sovet münaqişəsi zamanı Şərqi Çin dəmiryolunda yapon fahişəxanasında bir fahişənin meyitini tapırlar. Yaponiya Konsulluğu Sovet komandiri Blüxerə 22500 ienli iddia qaldırıb. Bu iddia fahişənin ortalama yaşayıb qazana biləcəyi pullardan Yaponiya dövlət büdcəsinə verəcəyi pulun təqribi miqdarı idi. Blüxer isə iddianı qəbul etməyib.

Roma imperatoru Klavdinin arvadı Messalina şəhvətpərəstliyi müasirlərinə dərs keçəcək qədər yüksək idi. Tarixi mənbələrə görə, Messalina Romada fahişəxana saxlamaqla qalmayıb, arada özü də müştərilərə xidmət göstərirmiş. Hətta dövrünün başqa bir fahişəsinin günə 25 müştəri qəbul etidyini görüb onunla mərcə girmiş və ondan iki dəfə çox müştəri qəbul edərək qalib gəlib.