Ermənistan silahlı bölmələri Ağdamda təlim keçir


Digərləri 20 Mar 2018 14:36:00 228 0

Ermənistan silahlı bölmələri Ağdamda təlim keçir

Ermənistan silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlimləri davam etdirir.

Son.az APA-ya istinadən xəbər verir ki, hərbi təlim qoşunların qarşıdurma xəttinin Ağdam işğal altında olan Kəngərli və Uzundərə adlanan ərazisində müşahidə olunur.

Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Hazırda Ermənistan ordusunun təlimi atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.